More

    Lamin Yamal Mark Kasado transferinə əngəl oldu – “Barcelona” satış planını dayandırdı

    İspaniyanın “El Nacional” nəşrinin yaydığı məlumata görə, “Barselona” rəhbərliyi 2024/25 mövsümündə parlaq çıxış etmiş yarımmüdafiəçi Mark Kasadonu transfer siyahısına salıb. Lakin bu niyyət komanda daxilində ciddi narazılıq doğurub.

    Əldə olunan məlumata əsasən, bir neçə əsas futbolçu, o cümlədən gənc ulduz Lamin Yamal, Kasadonun satılmasına qəti şəkildə qarşı çıxıblar. Komanda daxilindən bu sözlər eşidilib: “Kasadonu satmaq elə bir səhv olar ki, gələcəkdə buna görə çox peşman olarıq.”

    Məhz bu mesajlar “Barselona” rəhbərliyinin qərarını dəyişməyə məcbur edib – Kasadonun satışı müvəqqəti olaraq dondurulub.

    2024/25 mövsümündə 21 yaşlı futbolçu “Barselona B” və əsas komanda səviyyəsində ümumilikdə 36 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, Kasadonun bazar dəyəri 30 milyon avrodur.

    Hələlik klub rəhbərliyi oyunçuların reaksiyasını nəzərə alaraq, Kasadonun gələcəyinə dair qərarı təxirə salıb. Yaxın həftələrdə yeni baş məşqçinin və idman direktorluğunun mövqeyi əsasında yekun addım atılacağı gözlənilir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni