“Naxçıvan” heyətini litvalı basketbolçu ilə gücləndirdi

“Naxçıvan” basketbol klubu heyətini yeni legionerlə gücləndirib. Klub litvalı Oleq Kojeneçlə (Oleg Kojenets) müqavilə imzalayıb. 23 yaşlı basketbolçu qarşıdakı mövsümdə Azərbaycan təmsilçisinin formasını geyinəcək.

Tərəflər arasında razılaşmanın bir il müddətinə nəzərdə tutulduğu açıqlanıb. Kaunasda anadan olan oyunçunun boyu 2,10 metr göstərilsə də, ABŞ-dakı rəsmi profilində onun boyu 2,13 metrdir. Kojeneç əsasən ön xətt oyunçusu kimi çıxış edir.

Litvalı basketbolçunun son komandası ABŞ universitet basketbolunda NCAA-da mübarizə aparan “Stony Brook Seawolves” olub. O, 2025/26 mövsümündə komandanın keçirdiyi 32 qarşılaşmanın hamısında meydana çıxıb və iki oyuna start heyətində başlayıb.

Kojeneç həmin mövsümü orta hesabla 2,9 xal və 3,0 ribaund göstəricisi ilə tamamlayıb. Ümumilikdə 97 ribaund toplayan basketbolçu 20 blokla “Stony Brook”un bu göstərici üzrə ikinci ən yaxşı oyunçusu olub.

23 yaşlı oyunçu ABŞ-dakı universitet karyerası ərzində “Nebraska” və “Wyoming” komandalarında da forma geyinib. NCAA səviyyəsində ümumilikdə 101 oyunda iştirak edib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni