ABŞ-ın Nyu-York şəhərində yerləşən Barclays Center arenasında NBA Draft 2026-nın ikinci raundu başa çatıb. Liqa klubları gənc istedadları heyətlərinə qatmaq üçün daha 30 seçim ediblər. Bir sıra basketbolçular draft zamanı treydlər nəticəsində fərqli komandalara yönləndirilib və bəzi klublar ikinci raundda birdən çox seçim əldə ediblər.
İkinci raundun bütün seçimləri
31 — Bryus Tornton, Hyuston — treyd vasitəsilə
32 — Riçi Saunders, Memfis
33 — Ayzeya Evans, Minnesota — treyd vasitəsilə
34 — Melik Tomas, Klivlend — treyd vasitəsilə
35 — Trevon Brazile, Denver — treyd vasitəsilə
36 — Baba Miller, Los Anceles Klippers
37 — Rayan Konvell, Mayami — treyd vasitəsilə
38 — Breyden Smit, İndiana — treyd vasitəsilə
39 — Cek Kayl, Nyu-York — treyd vasitəsilə
40 — Dillon Mitçell, Boston
41 — Oteqa Ove, Oklahoma Siti — treyd vasitəsilə
42 — Cakobi Gillespi, San Antonio
43 — Tayler Bilodo, Bruklin
44 — Malik Braun, San Antonio
45 — Emanuel Şarp, Sakramento
46 — Feliks Okpara, Vaşinqton — treyd vasitəsilə
47 — Tayler Nikel, Nyu-York — treyd vasitəsilə
48 — Tobi Laval, Dallas
49 — Brays Hopkins, Denver
50 — Ceyden Bredli, Toronto
51 — Ayzeya Nelson, Orlando — treyd vasitəsilə
52 — Henri Veesaar, Atlanta — treyd vasitəsilə
53 — Hamad Musa Onyenso, Detroyt — treyd vasitəsilə
54 — Ladjey Cons, Qolden Steyt
55 — Nik Martinelli, Los Anceles Klippers — treyd vasitəsilə
56 — Vsevolod İşçenko, Dallas — treyd vasitəsilə
57 — Narsis Nqoy, Los Anceles Klippers — treyd vasitəsilə
58 — Caron Pyer, Nyu-Orlean
59 — Trey Kaufman-Renn, Minnesota
60 — Malik Lyuis, Miluoki
İkinci raundun yekunlaşması ilə NBA Draft 2026 tam başa çatıb və artıq klublar yay liqası, hazırlıq düşərgələri və yeni mövsüm öncəsi heyət formalaşdırılması prosesinə diqqət yetirəcəklər. İlk raundun nəticələri isə draftın ən çox müzakirə olunan seçimləri və əsas istedadları ilə yadda qalıb.




