More

    “Neftçi” yeni hücumçu ilə müqavilə bağladı

    Yay transfer dönəmində fəal olan “Neftçi” klubu Premyer Liqada uğursuz başlanğıca baxmayaraq, heyətini gücləndirməkdə davam edir. Xəbər verir ki, klub hücum xəttini möhkəmləndirmək məqsədilə Nigeriya millisinin forvardı Ayzak Saksesslə razılığa gəlib.

    29 yaşlı hücumçu azad agent statusuna sahibdir və 2025-ci ilin əvvəlindən klubda çıxış etmir. O, ötən ilin sonunda BƏƏ-nin “Əl-Vəsl” klubundan ayrılıb və hazırda yeni komanda axtarırdı. Saksesslə “Neftçi” arasında müqavilə şərtlərində anlaşma əldə olunub və onun tezliklə Azərbaycana gələrək komandaya qoşulacağı gözlənilir.

    Ayzak Saksess karyerasına İspaniyanın “Qranada” klubunda başlayıb. Daha sonra “Malaqa”, İngiltərənin “Uotford” və İtaliyanın “Udineze” komandalarında da çıxış edib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni