“Pari Sen-Jermen”in baş məşqçisi Luis Enrike icarədən qayıdan əsas heyət futbolçularını ehtiyat komanda ilə məşq etməyə göndərib.
Bu barədə Ok Diario portalı məlumat yayıb. Məlumata görə, ispan futbolçular Marko Asensio və Karlos Soler, eləcə də slovakiyalı müdafiəçi Milan Şkrinyar artıq PSJ-nin əsas planlarına daxil deyil.
Luis Enrikenin bu qərarı onların satılmasını gözləməsi ilə əlaqələndirilir. Ehtiyat komandada məşqlərin daha yüngül olması futbolçuların zədə alma riskini azaldır və bu, mümkün transferlərə mane olmur.
Bildirilir ki, Karlos Soler İspaniyanın “Vilyarreal” klubuna keçməyə yaxındır. Marko Asensio və Milan Şkrinyar isə Türkiyənin “Fənərbağça” klubu ilə fəal şəkildə əlaqələndirilir.
Qeyd edək ki, 28 yaşlı Soler ötən mövsümü İngiltərənin “Vest Hem” klubunda icarədə keçirmişdi. 29 yaşlı Asensio “Aston Villa”da çıxış etmişdi. 30 yaşlı Şkrinyar isə “Fənərbağça”da oynayıb. Hazırda PSJ klubu 1xBet-in dəstəyi ilə çıxış edir.



