“Qarabağ” Avropada həlledici mərhələyə çıxır: rəqib “Tvente”dir

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizəyə başlayacaq. Azərbaycan təmsilçisi ilk görüşünü səfərdə Niderlandın “Tvente” klubuna qarşı keçirəcək.

Qarşılaşma Ensxede şəhərində yerləşən “De Qrolş Veste” stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə 22:00-da başlayacaq. Görüşü albaniyalı hakim Juxhin Xhaja idarə edəcək.

“Qarabağ” pley-offa gedən yolda əvvəlki mərhələdə Kiyev “Dinamo”sunu mübarizədən kənarlaşdırıb. Ağdam klubu səfərdə 0:1 hesabı ilə uduzsa da, Bakıdakı cavab qarşılaşmasında 2:0 hesablı qələbə qazanaraq iki oyunun nəticəsinə görə 2:1 üstün olub. “Tvente” isə DAC 1904 səddini keçərək pley-offa yüksəlib.

Komandalar yenidən Avropa arenasında qarşılaşır

“Tvente” və “Qarabağ” üçün bu, ilk Avropa dueli deyil. Komandalar daha əvvəl 2009 və 2014-cü illərdə avrokuboklarda üz-üzə gəliblər. Beləliklə, hazırkı pley-off onların Avropa turnirlərində üçüncü qarşıdurması olacaq.

Cütün cavab görüşü avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmanın Bakı vaxtı ilə 20:00-da başlaması nəzərdə tutulub. İki oyunun nəticəsinə əsasən üstün olan komanda UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə əldə edəcək.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
20 avqust

22:00. “Tvente” (Niderland) – “Qarabağ” (Azərbaycan)

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni