“Qarabağ” “Sumqayıt”a qalib gəldi

Misli Premyer Liqasında IX turun oyunlarına yekun vurulub.

Sport-az.com-ın məlumatına görə, bu gün turun son oyununda “Qarabağ” komandası səfərdə “Sumqayıt”ın qonağı olub. Gərgin keçən matçın nəticəsində “Qarabağ” Elvin Cəfərquliyevin 74-cü dəqiqədə vurduğu yeganə qolla 1:0 hesabı ilə qələbə qazanıb.

Bu mövsümdə uğursuz çıxış edən “Sumqayıt” komandası hazırda 7 xalla turnir cədvəlində 8-ci yerdədir. Bir oyun az keçirən “Qarabağ” isə 21 xalla liderliyini qoruyur.

6 oktyabr
20:00. “Sumqayıt” – “Qarabağ” – 0:1
Qol: Elvin Cəfərquliyev, 74
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
Mehdi Hüseynzadə adına stadion.

17:45. “Turan Tovuz” – “Zirə” – 1:0
Qol: Faiq Hacıyev, 89
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
Tovuz şəhər stadionu.

5 oktyabr
“Sabah” – “Araz-Naxçıvan” – 1:1
“Səbail” – “Şamaxı” – 2:0

4 oktyabr
“Kəpəz” – “Neftçi” – 4:3

Turnir Cədvəli

NKlublarOQHMT-FX
1Qarabağ870120-621
2Turan Tovuz953112-618
3Araz-Naxçıvan852111-917
4Zirə850314-615
5Sabah943219-1515
6Şamaxı83328-712
7Səbail921614-177
8Sumqayıt92166-117
9Neftçi90546-155
10Kəpəz91086-243

Bombardirlər:

  • Coy Lens Mikels (“Sabah”) – 5 qol
  • Cesse Sekidika (“Sabah”) – 5 qol
  • Davit Volkov (“Zirə”) – 4 qol
  • Rafael Utziq (“Zirə”) – 4 qol
  • Leandro Andrade (“Qarabağ”) – 3 qol
  • Pavol Şafranko (“Sabah”) – 3 qol

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni