More

    “Qəbələ” Futbol Akademiyası fəaliyyətini müvəqqəti dayandırır – səbəb məlumdur

    “Qəbələ” Futbol Akademiyasının fəaliyyəti maliyyə çətinlikləri səbəbindən müvəqqəti olaraq məhdudlaşdırılıb.

    Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb. Bildirilib ki, 2005-ci ildən bəri ölkə futboluna yüzlərlə istedadlı oyunçu bəxş edən akademiya, gənclər futbolunun inkişafına mühüm töhfələr verib və müxtəlif yaş qrupları üzrə milli komandaların formalaşmasında aktiv iştirak edib.

    Klubun açıqlamasında qeyd olunur:

    “2005-ci ildən etibarən fəaliyyət göstərən ‘Qəbələ’ Futbol Akademiyası ötən 20 ildə ölkə futboluna yüzlərlə istedadlı gənc futbolçu qazandırıb, onlarla oyunçunun milli komandalara yüksəlməsində mühüm rol oynayıb. Lakin hazırkı maliyyə çətinlikləri səbəbindən akademiyanın fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılır. Apardığımız bütün səylər və əməkdaşlarımızın fədakarlığına baxmayaraq, tam güclə fəaliyyətin davamı mümkün deyil.”

    Klub bu qərarın asan verilmədiyini bildirərək, gələcəkdə akademiyanın bərpası üçün planlarının olduğunu vurğulayıb:

    “Məqsədimiz, gələcəkdə stabil maliyyə şəraiti yaradaraq akademiyanı daha güclü şəkildə yenidən fəaliyyətə qaytarmaqdır. Bizə inanan valideynlərə, illərlə zəhmət çəkmiş məşqçilərə və digər əməkdaşlara dərin təşəkkürümüzü bildiririk. ‘Qəbələ’ FK olaraq Azərbaycan futboluna xidmət missiyamızı davam etdirəcəyik.”

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni