More

    Real Madrid Rodrini almaq üçün fantastik təklif hazırlayır

    Madrid nəhəngi Rodri üçün Rodrigo Goes, Eduardo Kamavinqa və 40 milyon avrodan ibarət təklif hazırlayır İspaniyanın “Real Madrid” klubu dünyanın ən yaxşı futbolçusu, “Manchester City”nin yarımmüdafiəçisi Rodr ilə ciddi maraqlanır. Bu barədə Fichajes məlumat yayıb.Mənbənin yazdığına görə, “kral klubu” 29 yaşlı futbolçunu heyətinə qatmaq üçün qeyri-adi təklif hazırlayır. Təklif paketinə “Real”ın ulduz futbolçuları Rodrigo Goes, Eduardo Kamavinqa və 40 milyon avro daxildir.

    Rodri həm “Real” prezidentini Florentino Peresi, həm də baş məşqçi Xabi Alonsonu tam razı salan yeganə futbolçudur. Madridlilər transferi mümkün qədər tez reallaşdırmaq istəyirlər, baxmayaraq ki, “Mançester Siti”nin əsas dayaq yarımmüdafiəçisini satmağa razı salmaq çətin olacaq.

    Qeyd edək ki, Rodri 2024-cü ildə “Qızıl top”un sahibi olub.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni