Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində növbəti qarşılaşmalar baş tutub. Sport-az.com xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” öz meydanında Bolqarıstanın “Levski” komandası ilə üz-üzə gəlib.
Baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda səfərdə məğlubiyyətin təsirindən qurtula bilməyib və pley-offa yüksəlməyi bacarmayıb. Hər hissədə bir qol vuran “Levski” iki oyunun nəticəsinə uyğun olaraq mərhələdən çıxıb.
UEFA Konfrans Liqası – III təsnifat mərhələsi, cavab oyunu
- Tarix: 14 avqust
- Saat: 20:00
- Matç: “Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan)
- Hesab: 0:2
- Qollar:
- 40′ – Radoslav Kirilov
- 87′ – Sula



