More

    Tarixi ilk: Ronaldo “Al-Nassr” üçün qol vurdu və inanılmaz rekorda imza atdı

    23 avqustda Səudiyyə Ərəbistanı Superkubokunun finalında “Al-Nassr” – “Al-Ahli” qarşılaşması keçirilib. İlk hissə 1:1 hesabı ilə başa çatıb, “Al-Nassr”ın yeganə qolunu isə portuqaliyalı ulduz Kriştianu Ronaldo vurub.

    Bu qolla Ronaldonun Səudiyyə klubu üçün vurduğu qolların sayı 100-ə çatdı. O, “Al-Nassr” forması ilə keçirdiyi 113 oyunda 100 qol və 20 asist qeydiyyatına yazdırıb.

    Ən önəmlisi isə Ronaldo futbol tarixində dörd fərqli klub və yığma komandada ən azı 100 qol vuran ilk oyunçu oldu:

    • Real Madrid – 450 qol
    • Portuqaliya yığması – 138 qol
    • Manchester United – 115 qol
    • Juventus – 101 qol
    • Al-Nassr – 100 qol

    Beləliklə, Ronaldo futbol tarixində bənzərsiz bir rekorda imza ataraq öz adını daha da möhkəmləndirdi.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni