“Tottenhem” və “Vest Hem” klubları qanad oyunçusu Məhəmməd Kudusun transferi ilə bağlı 55 milyon funt müqabilində razılığa gəliblər. 24 yaşlı futbolçu ilə altıillik müqavilə imzalanacaq.
Maraqlıdır ki, bu iki London klubu arasında sonuncu transfer 14 il əvvəl – 2011-ci ildə Skott Parkerin “Vest Hem”dən “Tottenhem”ə keçidi zamanı baş tutmuşdu.
Ötən mövsümdə Kudus 35 oyunda 5 qol vurub və 4 qol ötürməsi edib. Bu transfer “Tottenhem” tarixindəki ən bahalı 5 transferdən biri olacaq.
Hazırda klub tarixindəki ən bahalı transfer Domenik Solankenin 65 milyon avroya alınmasıdır.



