More

    UEFA Çempionlar Liqası: “Qarabağ”ın ikinci mərhələdəki potensial rəqibi bəlli oldu

    2025/26 mövsümündə UEFA Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən qoşulacaq “Qarabağ” klubunun ilk oyundakı mümkün rəqibi artıq məlumdur.

    Sport-az.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Ağdam təmsilçisi bu mərhələdə “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

    “Qarabağ” bu mərhələdə mübarizəyə birbaşa qoşulacaq və rəqibi birinci təsnifat mərhələsində baş tutacaq qarşılaşmaların nəticəsinə görə müəyyənləşəcək. Qarşılaşmanın tarixləri UEFA-nın əvvəlcədən elan etdiyi qrafikə uyğun olaraq 22–23 və 29–30 iyul tarixlərində keçiriləcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni