UEFA Konfrans Liqası: “Beşiktaş” pley-offa yüksəldi – Nəticələr

UEFA Konfrans Liqasının ikinci oyun günündə 29 qarşılaşma keçirilib və pley-off mərhələsinə yüksələn komandalar müəyyənləşib. Sport-az.com xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu ilk matçda səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Sent Patriks”i İstanbuldakı cavab görüşündə də 3:2 hesabı ilə üstələyərək cəmi 7:3 nəticəsi ilə Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, ilk oyun günündə Norveç “Vikinq”ini məğlub edən Türkiyənin “Başakşəhər” klubu da növbəti mərhələyə yüksəlib.

İkinci oyun gününün digər nəticələri belə olub:

  • Astana – Lozanna: 0:2 (cəmi 1:5)
  • Ararat-Armeniya – Sparta Praqa: 1:2 (cəmi 2:6)
  • Levadia – Differdanj: 1:3 (cəmi 4:5)
  • Qyör – AIK: 2:0 (cəmi 3:2)
  • Hammarbü – Rosenborq: 0:1 (cəmi 0:1)
  • Paks – Polissya Jitomir: 2:1 (cəmi 2:4)
  • Şerif Tiraspol – Anderlext: 1:1 (cəmi 1:4)
  • Arda – Kauno Zalqiris: 2:0 (cəmi 3:0)
  • Beytar – Riqa: 3:1 (cəmi 3:4)
  • Bröndbü – Vikingur Reykyavik: 4:0 (cəmi 4:3)
  • Vaduts – AZ Alkmaar: 0:1 (cəmi 0:4)
  • Selye – Luqano: 2:4 (cəmi 7:4)
  • Makkabi Hayfa – Rakuv: 0:2 (cəmi 1:2)
  • Neman – Klaksvik: 2:0 (cəmi 2:2, 4:5 pen.)
  • Yagelloniya – Silkeborq: 2:2 (cəmi 3:2)
  • AEK – Aris: 3:1 (cəmi 5:3)
  • Şemrok Rovers – Ballkani: 4:0 (cəmi 4:1)
  • Linfild – Vikinqur: 2:0 (cəmi 3:2)
  • Virtus – Milsami: 3:0 (cəmi 5:3)
  • Austria Vyana – Ostrava: 1:1 (cəmi 4:5)
  • Santa Klara – Larne: 0:0 (cəmi 3:0)
  • Trnava – Universitatya Kluj: 4:3 (cəmi 4:6)
  • Dinamo Tirana – Hajduk Split: 3:1 (cəmi 4:3)
  • Dandi Unayted – Rapid Vyana: 2:2 (cəmi 4:4, 4:5 pen.)
  • Hibernian – Partizan: 2:3 (cəmi 4:3)
  • Eqnatiya – Olimpiya Lyublyana: 2:4 (cəmi 2:4)

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni