UFC Bakı turniri öncəsi iki döyüş ləğv olundu

Bakıda keçiriləcək UFC Fight Night turniri öncəsi təşkilatçılar gözlənilməz itkilərlə üzləşiblər. Turnirə sayılı günlər qalmış iki döyüş kartdan çıxarılıb. İsveçli döyüşçü Andreas Qustafsson sağlamlıq problemi səbəbindən yarışdan kənarda qalıb.

Məlumata görə, 35 yaşlı idmançı hazırlıq prosesi zamanı ürəklə bağlı ciddi problem yaşayıb. Bu səbəbdən onun ukraynalı Danilo Donçenko ilə keçirilməsi planlaşdırılan qarşılaşma baş tutmayacaq. Həkimlərin qərarından sonra Qustafssonun UFC karyerası qeyri-müəyyən müddətə dayandırılıb və o, hazırda müalicəyə fokuslanıb.

Digər tərəfdən, italiyalı Marvin Vettori də zədə səbəbindən Bakı turnirində iştirak etməyəcək. O, əvvəlcə İsmayıl Naurdiyevlə döyüşməli idi. Hazırda Naurdiyev üçün yeni rəqib axtarılır.

Əsas gecədə diqqətlər Fiziyevin üzərində olacaq

UFC Fight Night Baku turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas qarşılaşmasında Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək. Bu döyüş yüngül çəkidə təşkil olunacaq və azarkeşlər arasında böyük maraq doğurur.

Əsas kartda həmçinin Şarabutdin Maqomedov – Mişel Pereyra və İkram Aliskerov – Brunnu Ferreyra kimi maraqlı qarşılaşmalar da yer alıb. Turnirdə Azərbaycan adına Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaq.

Hazırkı döyüş proqramı belədir:

Əsas kart:

  • Rafael Fiziyev – Manuel Torres
  • Şarabutdin Maqomedov – Mişel Pereyra
  • İkram Aliskerov – Brunnu Ferreyra
  • Asu Almabayev – Çarlz Conson
  • Mixal Olekseyçuk – Abusupyan Maqomedov
  • İsmayıl Naurdiyev – rəqib müəyyənləşməyib

İlkin kart:

  • Rizvan Kuniyev – Tayrell Forçun
  • Nursultan Ruziboyev – Andrey Pulyayev
  • Julius Uoker – Abdul-Rahman Yakşayev
  • Bekzat Almaxan – Yan Matsumoto
  • Nazim Sadıxov – Mateus Kamilo
  • Fərman Həsənov – Erik Nolan
  • Kaan Ofli – Xavyer Reyes

Təşkilatçılar bildirirlər ki, turnirə yaxın günlərdə döyüş sıralamasında və iştirakçı siyahısında əlavə dəyişikliklər ola bilər.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni