UFC Bakıya gəlir: Turnirin biletləri satışa çıxarıldı

Bakıda keçiriləcək “UFC Fight Night” turniri ilə bağlı gözlənilən xəbər açıqlanıb. İyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq mötəbər döyüş gecəsinin biletləri artıq satışdadır. Azarkeşlər arenadakı yerlərdən asılı olaraq biletləri 50 manatdan 2200 manatadək dəyişən qiymətlərlə əldə edə bilərlər.

UFC-nin Azərbaycanda təşkil edəcəyi ilk böyük tədbirlərdən biri sayılan turnir həm yerli, həm də xarici MMA həvəskarlarının diqqət mərkəzindədir. Xüsusilə Azərbaycan təmsilçilərinin iştirak edəcəyi döyüşlərə marağın yüksək olacağı gözlənilir.

Fiziyev gecənin əsas hadisəsində döyüşəcək

Turnirin əsas qarşılaşmasında Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev meksikalı Manuel Torreslə oktaqona çıxacaq. Yüngül çəkidə keçiriləcək bu görüş gecənin əsas döyüşü hesab olunur.

Əsas kartın döyüşləri:

  • Yüngül çəki: Rafael Fiziyev (Azərbaycan) – Manuel Torres (Meksika)
  • Orta çəki: Şarabutdin Maqomedov (Rusiya) – Mişel Pereyra (Braziliya)
  • Orta çəki: İkram Aliskerov (Rusiya) – Brunnu Ferreyra (Braziliya)
  • Ən yüngül çəki: Asu Almabayev (Qazaxıstan) – Çarlz Conson (ABŞ)
  • Orta çəki: Mixal Olekseyçuk (Polşa) – Abusupiyan Maqomedov (Almaniya)
  • Orta çəki: İsmayıl Naurdiyev (Avstriya) – Marvin Vettori (İtaliya)

Azərbaycanlı döyüşçülər də oktaqonda olacaq

İlkin qarşılaşmalar çərçivəsində də maraqlı döyüşlər az deyil. Yerli azarkeşlərin xüsusi diqqət yetirəcəyi görüşlərdən biri Nazim Sadıxovun braziliyalı Mateus Kamilo ilə qarşılaşması olacaq. Sadıxov indiyədək keçirdiyi 14 döyüşün 11-də qələbə qazanıb.

İlkin qarşılaşmaların proqramı:

  • Ağır çəki: Rizvan Kuniyev (Rusiya) – Tayrell Forçun (ABŞ)
  • Orta çəki: Nursulton Ruziboyev (Özbəkistan) – Andrey Pulyaev (Rusiya)
  • Yarımağır çəki: Culius Uoker (ABŞ) – Abdul-Rahman Yaxyayev (Türkiyə)
  • Yüngül çəki: Bekzat Almaxan (Qazaxıstan) – Jan Matsumoto (Braziliya)
  • Yüngül çəki: Nazim Sadıxov (Azərbaycan) – Mateus Kamilo (Braziliya)
  • Yarımorta çəki: Fərman Həsənov (Azərbaycan) – Erik Nolan (ABŞ)
  • Yarımyüngül çəki: Kaan Ofli (Avstraliya) – Xavier Reyes (Kolumbiya)

Qeyd edək ki, UFC qaydalarına uyğun olaraq döyüş gecəsinin yekun kartı tədbirə yaxın tarixdə dəyişdirilə bilər. Buna baxmayaraq, Bakı turniri artıq ilin ən böyük MMA hadisələrindən biri kimi qiymətləndirilir və biletlərə böyük maraq müşahidə olunur.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni