Nüfuzlu ESPN nəşri çəki dərəcəsindən asılı olmayaraq dünyanın ən güclü peşəkar boksçularını əhatə edən yenilənmiş P4P (Pound-for-Pound) reytinqini təqdim edib. Siyahıda ağır çəkidə WBC, WBA və IBF titul sahibi Oleksandr Usik əvvəlki kimi ikinci sırada yer alıb.
Ukraynalı çempion son döyüşündə niderlandlı kikboksçu Riko Verhoveni məğlub etsə də, bu qələbə onun reytinqdə yüksəlməsi üçün kifayət etməyib. ESPN ekspertləri Usiki yenə də planetin ikinci ən güclü aktiv boksçusu hesab edirlər.
Lider dəyişməz qalıb
Reytinqin zirvəsində əvvəlki kimi ikinci yüngül çəkidə mütləq dünya çempionu Naoya İnoue qərarlaşıb. Məğlubiyyətsiz çıxışını davam etdirən yaponiyalı boksçu ESPN-in versiyasına görə dünyanın ən güclü boksçusu statusunu qoruyur.
İlk beşlikdə Cessi Rodriges, Devid Benavides və Şakur Stivenson da yer alıblar. Son yenilənmənin ən diqqətçəkən məqamlarından biri isə Dmitri Bivolun yenidən ilk onluğa daxil olması olub. Bunun nəticəsində bir neçə boksçu siyahıda bir pillə geriləyib.
ESPN-in yenilənmiş P4P reytinqi:
- Naoya İnoue
- Oleksandr Usik
- Cessi Rodriges
- Devid Benavides
- Şakur Stivenson
- (-) Dmitri Bivol
- (6) Devin Heyni
- (7) Dzunto Nakatani
- (8) Jaron Ennis
- Cey Opetaya
Qeyd edək ki, P4P reytinqi boks dünyasında ən nüfuzlu siyahılardan biri hesab olunur. Bu reytinq tərtib edilərkən boksçuların yalnız çəki dərəcəsindəki nəticələri deyil, ümumi ustalıq səviyyəsi, rəqiblərinin keyfiyyəti və son çıxışları da nəzərə alınır.
Usik peşəkar karyerası ərzində hələ də məğlubiyyət yaşamayıb və ağır çəkidə dominant mövqeyini qorumaqda davam edir. Bununla belə, ESPN ekspertləri hazırda Naoya İnoueni pound-for-pound reytinqinin lideri kimi görürlər.




