Vüqar Rəsulov Türkiyədə beynəlxalq şahmat turnirində ilk “10-luq”da qərarlaşıb

Azərbaycan şahmatçıları hazırda Türkiyənin Çeşmə şəhərində keçirilən beynəlxalq şahmat turnirində mübarizə aparırlar.

Sport-az.comun verdiyi məlumata görə, altı turdan sonra ən yaxşı nəticə milli komandamızın təcrübəli üzvü Vüqar Rəsulova məxsusdur. O, indiyədək 4,5 xal toplayaraq turnirdə 6–16-cı yerləri bölüşür.

Digər şahmatçılarımızdan:

  • Misrətdin İskəndərov,
  • Süleyman Süleymanlı
  • Rəşad Zeynallı
    Rəsulovdan bir xal geri qalaraq hazırda 3,5 xalla mübarizəni davam etdirirlər.

Qeyd edək ki, bu nüfuzlu turnirdə Hindistan, Polşa, Norveç, İran, Rusiya, Almaniya və digər ölkələrdən ümumilikdə 162 şahmatçı iştirak edir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni