Azərbaycan II Liqasında 2-ci tur başlayır: əsas diqqət Lökbatana yönələcək

Azərbaycan II Liqasında 2026/2027 mövsümünün 2-ci turuna bu gün start veriləcək. İki günü əhatə edəcək turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün əsas matçında çempionluğa iddialı “Qaradağ Lökbatan” və “Şirvan” üz-üzə gələcək. Lökbatan təmsilçisi doğma meydanda oynayacaq. Hər iki komanda yeni mövsümə qələbə ilə başladığından qarşılaşma turnir cədvəlinin yuxarı pillələri baxımından da maraq doğurur.

“Şirvan” ilk turda “Kür-Araz” üzərində 6:1 hesablı böyük qələbə qazanıb. “Qaradağ Lökbatan” isə “Hypers”i 2:1 hesabı ilə məğlub edib.

İlk oyun gününün digər görüşündə “Ağdaş” öz meydanında “Şəmkir”i qəbul edəcək.

Azırbaycan 2-ci Liqası, 2-ci tur

7 sentyabr

16:00. “Qaradağ Lökbatan” – “Şirvan”

  • Hakimlər: Nəriman Ağayev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Samir Musayev
  • Hakim-inspektor: İmanxan Sultani
  • Stadion: Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

16:30. “Ağdaş” – “Şəmkir”

  • Hakimlər: Rasim Musayev, Ruslan Məmmədov, İlkin Mustafazadə, İlqar Əhmədov
  • Hakim-inspektor: Munis Abdullayev
  • Stadion: Ağdaş şəhər stadionu

İkinci turun bütün oyunlarının Peşəkar Futbol Liqasının I Liqa // II Liqa kanalında canlı yayımlanması nəzərdə tutulub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni