Azərbaycan II Liqasında 2026/2027 mövsümünün 2-ci turuna bu gün start veriləcək. İki günü əhatə edəcək turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün əsas matçında çempionluğa iddialı “Qaradağ Lökbatan” və “Şirvan” üz-üzə gələcək. Lökbatan təmsilçisi doğma meydanda oynayacaq. Hər iki komanda yeni mövsümə qələbə ilə başladığından qarşılaşma turnir cədvəlinin yuxarı pillələri baxımından da maraq doğurur.
“Şirvan” ilk turda “Kür-Araz” üzərində 6:1 hesablı böyük qələbə qazanıb. “Qaradağ Lökbatan” isə “Hypers”i 2:1 hesabı ilə məğlub edib.
İlk oyun gününün digər görüşündə “Ağdaş” öz meydanında “Şəmkir”i qəbul edəcək.
Azırbaycan 2-ci Liqası, 2-ci tur
7 sentyabr
16:00. “Qaradağ Lökbatan” – “Şirvan”
- Hakimlər: Nəriman Ağayev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Samir Musayev
- Hakim-inspektor: İmanxan Sultani
- Stadion: Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
16:30. “Ağdaş” – “Şəmkir”
- Hakimlər: Rasim Musayev, Ruslan Məmmədov, İlkin Mustafazadə, İlqar Əhmədov
- Hakim-inspektor: Munis Abdullayev
- Stadion: Ağdaş şəhər stadionu
İkinci turun bütün oyunlarının Peşəkar Futbol Liqasının I Liqa // II Liqa kanalında canlı yayımlanması nəzərdə tutulub.





