Azərbaycan II Liqasında 2026/2027 mövsümünün 2-ci turuna yekun vurulub. Sentyabrın 8-də turun son dörd qarşılaşması Binə, Bərdə, Şamaxı və Saatlıda keçirilib.
Binə qəsəbə stadionunda “Dinamo” “Zəngəzur”u qəbul edib. Görüşdə hesab 31-ci dəqiqədə açılıb. T.Qurbatovun vurduğu qol matçda yeganə olub və “Zəngəzur” 1:0 hesablı qələbə qazanıb.
Bərdə şəhər stadionunda “Hypers” və “Ağstafa Gəncləri” qarşılaşıblar. Qolsuz keçən ilk hissədən sonra meydan sahibləri 63-cü dəqiqədə C.Rəcəblinin qolu ilə önə çıxıblar. A.Nəzərov 74-cü, E.Xəlilli isə 90+1-ci dəqiqədə fərqlənərək “Hypers”in 3:0 hesablı qələbəsini rəsmiləşdiriblər.
Şamaxı OİK stadionunda “Marafon” “Difai”ni minimal hesabla məğlub edib. Uzun müddət qapılara qol vurulmadığı qarşılaşmada P.Qaraxanov 90+4-cü dəqiqədə fərqlənib. Həmin dəqiqədə “Difai”nin futbolçusu E.Binyətzadə qırmızı vərəqə alıb.
Günün daha bir qarşılaşmasında “Kür-Araz” Saatlıda “Şəki”yə 3:0 hesabı ilə qalib gəlib. E.Məmmədov 1-ci və 6-cı dəqiqələrdə iki qol vurub, ikinci qolu penaltidən reallaşdırıb. 29-cu dəqiqədə E.Məmmədov meydandan qovulsa da, “Kür-Araz” 51-ci dəqiqədə B.Əliyevin qolu ilə hesab arasındakı fərqi üçə çatdırıb.
Azərbaycan II Liqası, 2-ci tur
8 sentyabr
“Dinamo” – “Zəngəzur” – 0:1
- Qol: T.Qurbatov, 31
- Sarı vərəqələr: F.Əhmədov, 85; Ə.Məmmədli, 87
- Stadion: Binə qəsəbə stadionu
- Baş hakim: Mehdi Yusifov
- Yan xətt hakimləri: Rizvan Süleymanov, Samir Cabbarov
- Ehtiyat hakim: Məleykə Məmmədova
“Hypers” – “Ağstafa Gəncləri” – 3:0
- Qollar: C.Rəcəbli, 63; A.Nəzərov, 74; E.Xəlilli, 90+1
- Sarı vərəqə: E.Kərimli, 50
- Stadion: Bərdə şəhər stadionu
- Baş hakim: Sənan Bayramzadə
- Yan xətt hakimləri: Əkbər Əliyev, Sadiq Əliyev
“Marafon” – “Difai” – 1:0
- Qol: P.Qaraxanov, 90+4
- Sarı vərəqə: F.Şirxanzadə, 84
- Qırmızı vərəqə: E.Binyətzadə, 90+4
- Stadion: Şamaxı OİK stadionu
- Baş hakim: Vaqif Vəliyev
- Yan xətt hakimləri: Ruslan Babayev, Cavid Ömərov
“Kür-Araz” – “Şəki” – 3:0
- Qollar: E.Məmmədov, 1; E.Məmmədov, 6 (pen.); B.Əliyev, 51
- Qırmızı vərəqə: E.Məmmədov, 29
- Stadion: Saatlı OİK stadionu
- Baş hakim: Elçin Abdullayev
- Yan xətt hakimləri: Elvin Mədətov, Ağadur Mahmudov






