II Liqada 2-ci tur başa çatdı: günün 4 qalibi müəyyənləşdi

Azərbaycan II Liqasında 2026/2027 mövsümünün 2-ci turuna yekun vurulub. Sentyabrın 8-də turun son dörd qarşılaşması Binə, Bərdə, Şamaxı və Saatlıda keçirilib.

Binə qəsəbə stadionunda “Dinamo” “Zəngəzur”u qəbul edib. Görüşdə hesab 31-ci dəqiqədə açılıb. T.Qurbatovun vurduğu qol matçda yeganə olub və “Zəngəzur” 1:0 hesablı qələbə qazanıb.

Bərdə şəhər stadionunda “Hypers” və “Ağstafa Gəncləri” qarşılaşıblar. Qolsuz keçən ilk hissədən sonra meydan sahibləri 63-cü dəqiqədə C.Rəcəblinin qolu ilə önə çıxıblar. A.Nəzərov 74-cü, E.Xəlilli isə 90+1-ci dəqiqədə fərqlənərək “Hypers”in 3:0 hesablı qələbəsini rəsmiləşdiriblər.

Şamaxı OİK stadionunda “Marafon” “Difai”ni minimal hesabla məğlub edib. Uzun müddət qapılara qol vurulmadığı qarşılaşmada P.Qaraxanov 90+4-cü dəqiqədə fərqlənib. Həmin dəqiqədə “Difai”nin futbolçusu E.Binyətzadə qırmızı vərəqə alıb.

Günün daha bir qarşılaşmasında “Kür-Araz” Saatlıda “Şəki”yə 3:0 hesabı ilə qalib gəlib. E.Məmmədov 1-ci və 6-cı dəqiqələrdə iki qol vurub, ikinci qolu penaltidən reallaşdırıb. 29-cu dəqiqədə E.Məmmədov meydandan qovulsa da, “Kür-Araz” 51-ci dəqiqədə B.Əliyevin qolu ilə hesab arasındakı fərqi üçə çatdırıb.

Azərbaycan II Liqası, 2-ci tur
8 sentyabr

“Dinamo” – “Zəngəzur” – 0:1

  • Qol: T.Qurbatov, 31
  • Sarı vərəqələr: F.Əhmədov, 85; Ə.Məmmədli, 87
  • Stadion: Binə qəsəbə stadionu
  • Baş hakim: Mehdi Yusifov
  • Yan xətt hakimləri: Rizvan Süleymanov, Samir Cabbarov
  • Ehtiyat hakim: Məleykə Məmmədova

“Hypers” – “Ağstafa Gəncləri” – 3:0

  • Qollar: C.Rəcəbli, 63; A.Nəzərov, 74; E.Xəlilli, 90+1
  • Sarı vərəqə: E.Kərimli, 50
  • Stadion: Bərdə şəhər stadionu
  • Baş hakim: Sənan Bayramzadə
  • Yan xətt hakimləri: Əkbər Əliyev, Sadiq Əliyev

“Marafon” – “Difai” – 1:0

  • Qol: P.Qaraxanov, 90+4
  • Sarı vərəqə: F.Şirxanzadə, 84
  • Qırmızı vərəqə: E.Binyətzadə, 90+4
  • Stadion: Şamaxı OİK stadionu
  • Baş hakim: Vaqif Vəliyev
  • Yan xətt hakimləri: Ruslan Babayev, Cavid Ömərov

“Kür-Araz” – “Şəki” – 3:0

  • Qollar: E.Məmmədov, 1; E.Məmmədov, 6 (pen.); B.Əliyev, 51
  • Qırmızı vərəqə: E.Məmmədov, 29
  • Stadion: Saatlı OİK stadionu
  • Baş hakim: Elçin Abdullayev
  • Yan xətt hakimləri: Elvin Mədətov, Ağadur Mahmudov
II Liqada 2-ci tur başa çatdı: günün 4 qalibi müəyyənləşdi

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni