Azərbaycan milliləri Şahmat Olimpiadasına qələbə ilə başladılar

Azərbaycanın kişi və qadın şahmat milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasının ilk turunu qələbə ilə başa vurublar.

Kişilərdən ibarət yığma Mərakeşlə qarşılaşmada rəqibinə heç bir şans verməyərək 4:0 hesabı ilə qalib gəlib. İlk turda komandanın lideri Şəhriyar Məmmədyarov istirahət edib.

Azərbaycanın qələbə qazanan şahmatçıları:

  • Aydın Süleymanlı
  • Məhəmməd Muradlı
  • Rauf Məmmədov
  • Eltac Səfərli

Beləliklə, Teymur Rəcəbovun kapitanı olduğu kişi millisi Olimpiadaya maksimum nəticə ilə başlayıb. Azərbaycan turnirin start reytinqində yeddinci yerdə qərarlaşıb.

Qadınlardan ibarət Azərbaycan yığması isə Qvatemala ilə üz-üzə gəlib. Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova öz partiyalarında qələbə qazanaraq komandanın ümumi görüşdə üstünlüyünü təmin ediblər.

Günay Məmmədzadənin partiyası digər üç görüş başa çatdıqdan sonra davam etsə də, onun nəticəsi artıq Azərbaycan millisinin komanda qələbəsinə təsir edə bilməzdi. İlk turda Ülviyyə Fətəliyeva istirahət edib.

Nicat Abasovun kapitanı olduğu qadın millisi turnirin start siyahısında orta reytinq göstəricisinə görə yeddinci yerdədir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni