I Liqada III tur “Karvan-Yevlax”ın böyükhesablı qələbəsi ilə başladı

Azərbaycan I Liqasında 2026/27 mövsümünün III turuna start verilib. Üç gün davam edəcək turun ilk qarşılaşması Yevlax şəhər stadionunda keçirilib.

“Karvan-Yevlax” doğma meydanda “Zaqatala”nı qəbul edib və rəqibini 3:0 hesabı ilə məğlub edib. Meydan sahibləri qarşılaşmanın taleyini ilk hissədə həll ediblər.

İ. Əliyev 9-cu dəqiqədə hesabı açıb, 22-ci dəqiqədə isə ikinci qolunu vuraraq fərqi artırıb. İlk hissəyə əlavə olunmuş üçüncü dəqiqədə E. Mustafayev fərqlənib və yekun hesabı müəyyənləşdirib.

Beləliklə, “Karvan-Yevlax” III turu üç cavabsız qolla və üç xalla açıb. Komanda mövsümün ilk turunda da səfərdə “Baku Sportinq”i 3:0 hesabı ilə məğlub etmişdi.

Azərbaycan I Liqası, III tur
16 sentyabr

“Karvan-Yevlax” – “Zaqatala” 3:0

  • Qollar: İ. Əliyev, 9, 22; E. Mustafayev, 45+3.
  • Stadion: Yevlax şəhər stadionu.
  • Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Aydın Bəxşiyev, Maqsud Şamıyev.
  • Hakim-inspektor: Rövşən Əhmədov.
  • AFFA nümayəndəsi: Elman Musayev.
I Liqada III tur “Karvan-Yevlax”ın böyükhesablı qələbəsi ilə başladı

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni