Azərbaycan klublarının Avropadakı mövqeləri açıqlanıb

Azərbaycan klublarının Avropadakı mövqeləri məlum olub.

Sport-az.com-in məlumatına görə, İFFHS-in (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) açıqladığı dünya reytinqində yer alan 504 klubdan 291-i Avropanı təmsil edir.

“Qarabağ” Avropa reytinqində 174,75 xalla 40-cı pillədə qərarlaşıb. “Zirə” isə 95,75 xalla 114-cü yerdədir. “Sabah” 60,75 xalla 238-ci sırada mövqe tutub.

Dünya reytinqində isə “Qarabağ” 60-cı, “Zirə” 201-ci, “Sabah” isə 411-ci pillədə yer alıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni