Azərbaycan II Liqasında 2026/2027 mövsümünün 2-ci turuna start verilib. Sentyabrın 7-də turun ilk iki qarşılaşması Ağdaş və Lökbatanda keçirilib.
Ağdaş şəhər stadionunda keçirilən görüşdə “Ağdaş” “Şəmkir”i qəbul edib. Qarşılaşmanın taleyini ikinci hissədə vurulan bir qol həll edib.
Matçın 78-ci dəqiqəsində C.Əsədzadə fərqlənərək “Şəmkir”ə 1:0 hesablı qələbə qazandırıb.
Günün digər qarşılaşmasında “Qaradağ Lökbatan” doğma meydanda “Şirvan”la üz-üzə gəlib. İlk hissədə meydan sahibləri R.Quliyev və İ.İbrahimlinin qolları ilə 2:0 hesablı üstünlük əldə ediblər.
Fasilədən sonra “Şirvan” oyunun gedişini dəyişib. Ç.Məmmədov 49-cu dəqiqədə fərqi azaldıb, İ.Zeynallı 55-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirib. 62-ci dəqiqədə E.Məmmədovun qolu qonaqlara 3:2 hesablı qələbə qazandırıb.
Azırbaycan 2-ci Liqası, 2-ci tur
7 sentyabr
“Ağdaş” – “Şəmkir” – 0:1
- Qol: C.Əsədzadə, 78
- Stadion: Ağdaş şəhər stadionu
- Baş hakim: Rasim Musayev
- Yan xətt hakimфləri: Ruslan Məmmədov, İlkin Mustafazadə
“Qaradağ Lökbatan” – “Şirvan” – 2:3
- Qollar: R.Quliyev, 18; İ.İbrahimli, 35 – Ç.Məmmədov, 49; İ.Zeynallı, 55 (pen.); E.Məmmədov, 62
- Stadion: Lökbatan OİK stadionu
- Baş hakim: Nəriman Ağayev
- Yan xətt hakimləri: Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli
- Ehtiyat hakim: Samir Musayev





