Azərbaycan I Liqasında 3-cü turun daha üç qarşılaşması keçirilib. “Gəncəbasar”, “Səbail” və “Şahdağ Qusar” səfər oyunlarını qələbə ilə başa vurublar.
“Mingəçevir” doğma meydanda “Gəncəbasar”a 0:3 hesabı ilə uduzub. Qonaqların heyətində D.Açimi iki dəfə fərqlənib. O, 39-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib, 73-cü dəqiqədə isə dublunu rəsmiləşdirib. Son nöqtəni 80-ci dəqiqədə S.Əhmədov qoyub.
“Baku Sportinq” və “Səbail” arasında keçirilən görüşdə matçın taleyini bir qol həll edib. Qonaqlar 28-ci dəqiqədə Y.Saidin vurduğu qolla önə keçib və qarşılaşmanın sonuna qədər üstünlüyünü qoruyub – 0:1.
Günün ən məhsuldar qarşılaşması “Şimal” və “Şahdağ Qusar” arasında olub. “Şimal” U.İsmayılovun 7-ci dəqiqədə vurduğu qolla erkən hesabı açsa da, üstünlüyünü saxlaya bilməyib.
S.Məmmədov 37-ci dəqiqədə hesabı bərabərləşdirib. Fasilədən sonra “Şahdağ Qusar” daha üç qol vurub. C.Kəlbəliyev 74-cü, F.Camalov 83-cü, M.Baxşalı isə 86-cı dəqiqədə fərqlənərək komandasının 4:1 hesablı qələbəsini rəsmiləşdiriblər.
Azərbaycan I Liqası, 3-cü tur
17 sentyabr
“Mingəçevir” – “Gəncəbasar” 0:3
- Qollar: D.Açimi, 39 (pen.), 73; S.Əhmədov, 80.
- Stadion: Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).
- Hakimlər: Nazim Abdullayev, Elmin Süleymanov, Safalı Ağayev, Şamil İmanzadə.
- Hakim-inspektor: Babək Quliyev.
- AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Baku Sportinq” – “Səbail” 0:1
- Qol: Y.Said, 28.
- Stadion: Baku Sportinq Arena.
- Hakimlər: Ceyhun Hüseynov, Elman Kərimov, Zakir Şükürzadə, Ruslan Quliyev.
- Hakim-inspektor: Anar Salmanov.
- AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Şimal” – “Şahdağ Qusar” 1:4
- Qollar: U.İsmayılov, 7 – S.Məmmədov, 37; C.Kəlbəliyev, 74; F.Camalov, 83; M.Baxşalı, 86.
- Stadion: Şamaxı OİK stadionu.
- Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Səbuhi Bayramov.
- Hakim-inspektor: Feyzulla Feyzullayev.
- AFFA nümayəndəsi: Yavər Rəhimov.





