I Liqada turun əsas oyunları keçirilir: liderlər səfərdədir

Azərbaycan I Liqasında III turun mübarizəsi davam edir. Sentyabrın 16-da start götürən turun ikinci oyun günündə üç qarşılaşma baş tutacaq.

Diqqətlər ilk iki turdan sonra maksimum nəticəyə malik komandaların oyunlarına yönələcək. “Şahdağ Qusar” Şamaxıda “Şimal”ın qonağı olacaq. Digər şərikli lider “Gəncəbasar” səfərdə “Mingəçevir”lə qarşılaşacaq. Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparan “Səbail” isə “Baku Sportinq”lə üz-üzə gələcək.

Turun açılış matçında “Karvan-Yevlax” doğma meydanda “Zaqatala”nı 3:0 hesabı ilə məğlub edib. İ. Əliyev 9-cu və 22-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb, E. Mustafayev isə ilk hissənin əlavə vaxtında üçüncü qolu vurub. Bu nəticə ilə Yevlax təmsilçisi turnir cədvəlində ilk pilləyə yüksəlib.

Azərbaycan I Liqası,III tur
17 sentyabr

16:30. “Şimal” – “Şahdağ Qusar”

  • Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Səbuhi Bayramov.
  • Hakim-inspektor: Feyzulla Feyzullayev.
  • AFFA nümayəndəsi: Yavər Rəhimov.
  • Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu

16:30. “Mingəçevir” – “Gəncəbasar”

  • Hakimlər: Nazim Abdullayev, Elmin Süleymanov, Safalı Ağayev, Şamil İmanzadə.
  • Hakim-inspektor: Babək Quliyev.
  • AFFA nümayəndəsi: Erkin Hüseynov.
  • Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).

16:30. “Baku Sportinq” – “Səbail”

  • Hakimlər: Ceyhun Hüseynov, Elman Kərimov, Zakir Şükürzadə, Ruslan Quliyev.
  • Hakim-inspektor: Anar Salmanov.
  • AFFA nümayəndəsi: Eldəniz Musayev.
  • “Baku Sportinq Arena”.
I Liqada turun əsas oyunları keçirilir: liderlər səfərdədir

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni